İqtisadiyyat

Bolqarıstan təbii qazın əlavə tədarükü ilə bağlı Azərbaycanla danışıqlar aparmaq niyyətindədir

Bolqarıstan Rusiyadan qaz kəmərinin bağlanması təqdirində əlavə təbii qaz həcmlərinin tədarükü ilə bağlı Azərbaycanla danışıqlar aparmaq niyyətindədir.

Trend-in məlumatına görə, bunu ölkənin energetika naziri Aleksandr Nikolov deyib.

Onun sözlərinə görə, Rusiyadan tədarüklə bağlı problemlərin yaranacağı halda bir sıra real alternativlər, o cümlədən “Cənub Qaz Dəhlizi” üzrə tədarük alternativi mövcuddur.

Nazir əlavə edib ki, Yunanıstan ərazisindən mayeləşdirilmiş təbii qazın tədarükləri də mümkündür.

Qeyd edək ki, Bolqarıstan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsi vasitəsilə Azərbaycandan ildə bir milyard kubmetr qaz əldə etməyi planlaşdırır. IGB-nin 2022-ci ilin iyulunda işə salınması nəzərdə tutulur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button