Dünya

Bolqarıstan prezidenti: Krım Ukraynaya məxsusdur

Bolqarıstan prezidentinin mətbuat xidməti siyasətçinin televiziya debatları zamanı Krımın mənsubiyyəti ilə bağlı dediyi sözlərə aydınlıq gətirib. Bu barədə BNR radiostansiyası xəbər verir.

Daha əvvəl prezident Rumen Radev yarımadanı Rusiyanın ərazisi adlandıraraq “siyasətdə reallıqların olduğunu” demişdi. Lakin o, beynəlxalq hüquq normalarına uyğun olaraq bunu tanımaqdan imtina edib.

“Hüquqi nöqteyi-nəzərdən Krım Ukraynaya məxsusdur və onun ilhaqı beynəlxalq hüququ pozur. Bolqarıstan dəfələrlə (Ukraynanın – red.) suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirib, lakin prezident Radevin seçki debatlarında qeyd etdiyi kimi hazırda Krım Rusiyanın nəzarəti altındadır və aydındır ki, problemi güc yolu ilə həll etmək olmaz”, – radiostansiyanın məlumatında deyilir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button