Dünya

Bolqarıstan fövqəladə epidemik vəziyyətin müddətini 2022-ci il martın 31-nə kimi uzadıb

Pandemiyanın növbəti dalğası Bolqarıstanda getdikcə artır.

AZƏRTAC xəbər verir ki ölkənin bütün regionları yeni koronavirusun təsirinə məruz qalıb. COVID-19-a yoluxma halları hər yaşda olan insanlarda müşahidə olunur. Xəstəliyin əhəmiyyətli dərəcədə artması uşaqlarda və gənclərdə (20-29 yaş) müşahidə olunur. Xəstəxanaya yerləşdirilənlərin sayı da artır. Ölkədə peyvəndlə əhatə dairəsi cəmisi 25,53 faiz təşkil edir ki, bu da Aİ-də yaşlılar və ümumi əhali arasında olan 70 faizlik hədəfindən çox uzaqdır.

Ölkədə koronavirusa yoluxanların 85 faizini peyvənd olunmamış şəxslər təşkil edir. Fövqəladə epidemik vəziyyətin uzadılması COVID-19-un yayılmasını məhdudlaşdırmaq məqsədi daşıyır. Ölkədə fövqəladə epidemik vəziyyətin müddətini 2022-ci il martın 31-nə kimi uzatmaq qərarı infeksiyanın yayılmasının qarşısını almaq məqsədi daşıyır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button