Dünya

Boliviyanın sabiq prezidentinin həbsi müddəti uzadılıb

Boliviyada hakim Armando Sebalyos terrorizmdə, qiyama təhrik etməkdə və soyqırımda ittiham olunan keçmiş prezident Janin Anyesin həbs qətimkan tədbirinin müddətini uzadıb.
“Report” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə sabiq prezidentin qızı Karilona Ribera Anyes bildirib.
“Anam Janin Anyesin həbs qətimkan tədbirinin müddəti daha beş ay müddətinə uzadılıb. Hakim Armando Sebalos müdafiə normalarını nəzərə almadan, hər hansı hüquqi meyarların göstərmədən sübutsuz hökm çıxarır. Və anamın həbs qətimkan tədbirini qanunsuz olaraq uzatmaqla prokurorun hansı tədbirləri görməli olduğunu dəqiqləşdirmədən”, – Ribera Anyes feysbukdakı səhifəsində bildirib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button