İdman

Boks yığmamızda yeni baş məşqçi

Gənc oğlan boksçulardan ibarət Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub. 

Azərbaycan Boks Federasiyasının saytı xəbər verir ki, ABF-nin qərarı ilə bu vəzifə Elbrus Rzayevə həvalə edilib.

Bunadək qadınlardan ibarət yığmada baş məşqçi funksiyasını yerinə yetirən mütəxəssis bu gündən işinin icrasına başlayacaq. Onun ilk sınağı aprelin 10-22-də Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatına təsadüf edəcək. Yarışa hazırlıq məqsədilə komanda bugünlərdə təlim-məşq toplanışına başlayacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button