İdman

Boks üzrə Azərbaycan çempionatında 50 komanda iştirak edəcək

Fevralın 11-də gənclər arasında boks üzrə Azərbaycan birinciliyi start götürəcək.

Federasiyadan verilən məlumata görə, Boks Mərkəzində təşkil olunacaq yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 50 komandanın 176 oğlan boksçusu qatılacaq. İlk yarış günündə döyüşlər saat 15:00-da, digər 5 gündə saat 14:00-da başlanacaq. Qaliblərin adına isə fevralın 16-da aydınlıq gələcək.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcəklər.

Qeyd edək ki, birinciliyin baş hakimi Etibar Alıyev olacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button