İqtisadiyyat

BNA “Azersky” peykinin təsvirlərindən istifadə edəcək

Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) və Bakı Nəqliyyat Agentliyi (BNA) arasında “Azersky” aşağıorbitli peykdən əldə olunan təsvirlərin istifadəsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
“Azərkosmos”dan “APA-Economics”ə verilən məlumata görə, memoranduma əsasən, adıçəkilən qurumlar yeni nəqliyyat infrastrukturu üçün ərazilərin seçilməsi, milli məkan məlumatlarının formalaşdırılması, mübadiləsi və istifadəsi məqsədilə müvafiq informasiya ehtiyatlarının və sistemlərinin inteqrasiyası, eləcə də Coğrafi İnformasiya Sistemlərinə dair proqram təminatları üzrə birgə təlimlərin təşkili barədə razılığa gəlib.
Həmçinin, “Azərkosmos” və BNA-nın “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC arasında kommersiya müqaviləsi də imzalanıb.
Müqaviləyə uyğun olaraq, “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Bakıda nəqliyyat sisteminin təkmilləşdirilməsi və nəqliyyat infrastrukturunun optimallaşdırılması istiqamətində həyata keçiriləcək layihələrə də Yer müşahidəsi peykinin imkanlarından istifadə edəcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button