Dünya

BMT Ukraynada müharibədə ölən dinc sakinlərin sayını açıqlayıb

Rusiyanın fevralın 24-dən aprelin 18-dək Ukraynaya hərbi hücumu nəticəsində 2 104 dinc sakin ölüb, 2 862 mülki şəxs yaralanıb.

Məlumatı BMT-nin insan hüquqları üzrə ali komissarının idarəsi yayıb.

Bildirilib ki, öldürülən 2 104 nəfərin 556-sı kişi, 333-ü qadın, 39-u qız və 60-ı oğlan, 71-i uşaq və həmçinin cinsi hələ məlum olmayan 1045-i böyük dinc sakindir. Yaralanan 2 862 dinc sakinin 331-i kişi, 264-ü qadın, 59-u qız və 63-ü oğlan, o cümlədən 155-i uşaq, habelə cinsi hələ məlum olmayan 1990-ı yaşlı dinc sakindir.

Hesabata əsasən, ən çox itki 2 129 nəfər (739 ölü və 1390 yaralı) Donetsk və Luqansk vilayətlərində qeydə alınıb. Qondarma “respublikalar” ərazisində 399 itki (79 ölü və 320 yaralı) olub.

Ukraynanın başqa regionlarında – Kiyev şəhəri, Çerkassk, Çerniqov, Xarkov, Xerson, Kiyev, Nikolayev, Odessa, Sumi, Zaporojye, Dnepropetrovsk, Poltava və Jitomir vilayətlərində hakimiyyətin nəzarətində olan ərazilərdə 1365 nəfər ölüb və 1472 mülki şəxs yaralanıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button