Dünya

BMT “Taliban”dan itkin düşmüş əfqan qadın fəallarla bağlı məsələni araşdırmağı istəyir

BMT-nin Əfqanıstandakı nümayəndəsi Kabildə İslam Əmirliyinin daxili işlər naziri Siracuddin Haqqani ilə görüşüb və o, islamçı qrupun rəhbərliyindən itkin düşən əfqan qadın fəallarla bağlı məsələnin araşdırılmasını istəyib.

Bu barədə BMT-nin Yardım Missiyası Əfqanıstandakı Nümayəndəliyi (UNAMA) “Twitter” hesabında bildiirb.

Taman Zaryabi Paryani və Paravana İbrahimxel ötən həftə “Taliban” tərəfindən evlərindən qaçırılıb. Birləşmiş Millətlər Təşkilatı daha əvvəl əfqan hüquq müdafiəçilərinin yoxa çıxmasından narahat olduğunu bildirmişdi.

Ötən həftə BMT-nin Əfqanıstandakı missiyası Talibanı fəalların harada olduqlarına görə cavab verməyə çağırmışdı: “BMT çərşənbə günü gecə saatlarında evlərindən oğurlandıqları bildirilən iki əfqan qadın fəalın – Tamana Zaryabi Paryani və Paravana İbrahimxelin yoxa çıxması ilə bağlı artan narahatlığını bildirir. Biz “Taliban”ı onların harada olduqları barədə məlumat verməyə və bütün əfqanların hüquqlarını qorumağa çağırırıq”.

Ötən ay Taliban qadınların əsas hüquqları ilə bağlı fərman verib və müvafiq qurumları bu hüquqların həyata keçirilməsi üçün tədbirlər görməyə çağırıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button