Siyasət

BMT rəsmisi: “Azad edilmiş torpaqların bərpasında Azərbaycana kömək göstərəcəyik

“BMT təsisatları Azərbaycanın azad olunmuş torpaqlarında minalardan təmizləmə və bərpa işlərinə kömək göstərəcək”.

“Report” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Şuşada Azərbaycanın bu təşkilatla tərəfdaşlığının 30 illiyi münasibətilə keçirilən tədbirdə bildirib.

“1992-ci il martın 2-də Azərbaycan BMT-yə üzv qəbul olundu və ötən dövr ərzində əməkdaşlığımızı gücləndirmək üçün çalışmışıq. Bakıdakı ofisimiz yeni açılanda münaqişə nəticəsində zərər çəkmiş qaçqın və məcburi köçkünlərə kömək edirdik” – o deyib.

BMT rəsmisi 2021-ci il martın 1-də təşkilatla Azərbaycan arasında qarşıdakı 5 il ərzində əməkdaşlığın başlıca istiqamətlərinə dair çərçivə sazişi imzalandığını xatırladıb: “Bunlar arasında gender bərabərliyi, ətraf mühitin mühafizəsi, inklüziv inkişaf məsələləri də var. Hazırda bu istiqamətdə səylə çalışırıq”.

V.Andreyeva Azərbaycanın Qoşulmama Hərəkatındakı fəaliyyətini, o cümlədən təşkilat çərçivəsində pandemiyaya qarşı görülən tədbirlərə töhfəsini yüksək dəyərləndirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button