Dünya
BMT-nin İqlim sammitinin yekun bəyannaməsi qəbul edilib

Böyük Britaniyanın Qlazqo şəhərində keçirilən BMT-nin İqlim sammiti (COP26) başa çatıb.
APA-nın xəbərinə görə, bağlanış mərasimindən bir neçə saat sonra Britaniya hökuməti yekun bəyannamənin mətnini yayıb.
Sənədin müəllifləri həmçinin neft mənşəli yanacaqlardan istifadəni azaltmağa, yaşıl enerjiyə keçidi sürətləndirməyə çağırıblar.
Bununla belə, sənəddə kasıb ölkələrə ekologiyanın yaxşılaşdırılması üçün yardım ayrılması ilə bağlı müddəa əksini tapmayıb.