Dünya

BMT-nin iclasına gələn braziliyalı diplomat koronavirusa yoluxub

BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak edən Braziliya prezidenti Jair Bolsonaronun nümayəndə heyətində olan diplomatlardan birinin COVID-19 testinin nəticəsi pozitiv çıxıb.
“Report”un yerli bürosu xəbər verir ki, Braziliya missiyası diplomatın prezidentlə heç bir əlaqəsinin olmadığını açıqlayıb.
Braziliya nümayəndə heyətinin ötən gün vaksin pasportunun zəruri olduğu Nyu-York şəhərindəki restoranlara alınmadığı iddia olunur.
Brazilyanın xarici işlər naziri Qilson Maçado tviter hesabında prezidentin nümayəndə heyəti ilə bərabər restorandan kənarda pizza yediyinin əks olunduğu foto paylaşılıb.
Ölkə başçısı J.Bolsonaronun da peyvənd olunmadığı bildirilir.
BMT-nin sözçüsü Stefan Djuarrik məsələ ilə bağlı Braziliya missiyası ilə əlaqə saxlanıldığını deyib.
Vüsalə Abbasova

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button