Dünya

BMT-nin Baş katibi: “Ukrayna müharibəsinə elə indi son qon qoyulmalıdır”

 

BMT-nin Baş katibi Antonio Quterreşin Ukraynadakı müharibənin inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələrə ciddi təsirlərinə dair “Ukraynadakı müharibə: inkişaf etməkdə olan dünyaya qarşı səssiz hücum” adlı məqalə ilə çıxış edib.

İstiqlal.az həmin məqaləni oxuculara təqdim edir.

Ukrayna xalqı üçün Rusiyanın işğalı oyanan kabus və dəhşətli miqyasda humanitar fəlakətdir. Lakin müharibə həm də bütün dünyada həssas qrupa aid olan insanlar üçün sürətlə ölüm-dirim məsələsinə çevrilir. Hər birimiz Ukraynada baş verən faciənin şahidiyik: şəhərlər dağıdılır; evlərində və küçələrdə əziyyət çəkən və həyatını itirən insanlar; İkinci Dünya Müharibəsindən sonra Avropada ən sürətli köçkünlük böhranı. Lakin Ukraynanın hüdudlarından kənarda, medianın diqqətində olmayan bir proses baş verir – müharibə inkişaf etməkdə olan ölkələrə qarşı səssiz hücuma keçib. Hazırkı böhran dünya əhalisinin beşdə birindən çoxunu, təxminən 1,7 milyard insanı onilliklərlə görünməmiş miqyasda yoxsulluğa, məhrumiyyət və aclığa sürükləyə bilər.

Ukrayna və Rusiya Federasiyası dünyada buğda və arpanın 30 faizini, qarğıdalının beşdə birini və günəbaxan yağının yarıdan çoxunun təminatçısıdırlar. İki ölkənin istehsal etdiyi məhsul 45 Afrika və ən az inkişaf etmiş ölkənin idxal etdiyi buğdanın üçdə birindən çoxunu təmin etməklə ən yoxsul və ən həssas qrupa aid insanların qidalanmasına kömək olur.
2022-ci ilin əvvəlindən buğda və qarğıdalının qiymətləri 30 faiz artıb. Brent neftinin qiyməti ötən il ərzində 60 faizdən çox, təbii qaz və gübrə qiymətləri isə iki dəfədən çox artıb.

BMT-nin həyatların xilası ilə bağlı əməliyyatları da ciddi çətinliklərlə üzləşir. Ümumdünya Ərzaq Proqramı həyəcan təbili çalır ki, ifrat aclıqdan əziyyət çəkənləri qidalandırmaq məqsədi ilə ac insanlar üçün nəzərdə tutulan qidalardan istifadə etmək kimi çox ağrılı seçim qarşısında qalmaqdadır. Yəmən, Çad və Nigerdəki əməliyyatlarını dəstəkləmək üçün Proqramın təcili olaraq 8 milyard dollara ehtiyacı var.

Bəzi ölkələr artıq həssas durumdan böhrana və ciddi sosial iğtişaşlara doğru sürüklənir. Hər birimizə yaxşı məlumdur ki, bir çox münaqişələrin kökü elə yoxsulluq, bərabərsizlik, zəif inkişaf və ümidsizlikdədir.

Lakin dünyanın böyük hissəsi Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirsə də, davam edən müharibənin 1,7 milyard potensial qurbanı üçün eyni səviyyədə dəstəyin heç bir əlaməti görünmür. Onları hər yerdə dəstəkləmək bizim bəlli mənəvi borcumuzdur.
Ukraynada cərəyan edən müharibənin və onun dünyanın ən yoxsul və ən həssas insanlarına səssiz hücumunun yeganə davamlı həll yolu sülhün bərpa olunmasıdır.

BMT həm Ukraynada, həm də ondan kənarda bu müharibənin günahsız qurbanlarını dəstəkləmək üçün səy göstərdiyi bir zamanda, dünya ictimaiyyətini vahid səslə çıxış etməyə və sülh çağırışımızı dəstəkləməyə çağırırıq.

Bu müharibəyə elə indi son qoyulmalıdır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button