Siyasət
BMT missiyası Ağdamda olub

BMT missiyası bu gün Azərbaycanın Ağdam rayonunda olub.
BMT-nin Bakı ofisinin Mətbuat xidməti xəbər verir ki, səfər zamanı rayonun icra başçısı Vaqif Həsənov və münaqişədən zərər çəkmiş icmaların nümayəndələri ilə görüşlər keçirilib.
Humanitar ehtiyacları qarşılamaq üçün BMT-nin gördüyü işlər və mövcud problemlərə dair müzakirələr aparılıb.