Ekspert rəyi

BMT korrupsiyaya qarşı mübarizədə ölkələrə və QHT-lərə necə kömək edir?

Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya Qarşı Mübarizə Konvensiyası korrupsiyaya qarşı mübarizə üzrə ilk hüquqi qüvvəyə malik qlobal sənəddir. BMT Baş Assambleyasının 31 oktyabr 2003-cü il tarixli 58/4 saylı qətnaməsi ilə qəbul edilmiş və 2005-ci il dekabrın 14-də qüvvəyə minmişdir. Konvensiya beş əsas istiqaməti əhatə edir: qabaqlayıcı tədbirlər, kriminallaşdırma və hüquq-mühafizə, beynəlxalq əməkdaşlıq, aktivlərin bərpası və texniki yardım və məlumat mübadiləsi. Korrupsiyanın, iqtisadiyyatda fırıldaqçılığın və bu kimi cinayət əməllərinin qarşısının alınması və onlara qarşı mübarizədə metodiki və məsləhət yardımı göstərmək məqsədilə BMT əsas problemlər haqqında biliklərin dərinləşdirilməsinə yönəlmiş sistemli şəkildə yenilənən və əlavə olunan bir sıra alətlər, təlimatlar və nəşrlər hazırlamışdır. , Konvensiyanın 63-cü maddəsinə uyğun olaraq, Konvensiyanın məqsədlərinə nail olmaq üçün üzv ölkələr arasında dövlətlərarası hüquq qabiliyyətini və qarşılıqlı fəaliyyəti gücləndirmək, Konvensiyaya sadiqliyi təşviq etmək və onun icrasına nəzarət etmək məqsədilə Konvensiyanın Üzv Dövlətlərinin Konfransı yaradılmışdır. Konfrans, bir qayda olaraq, 2 ildə bir dəfə keçirilir. Bu bölmədə Konfranslarda qəbul edilmiş müvafiq sənədlər təqdim olunur.  Konfransda korrupsiyaya qarşı mübarizə ilə bağlı aktual məsələlər müzakirə edilir və tövsiyyələr verilir.

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli ilə BMT-nin korrupsiyaya qarşı mübarizədə ölkələrə və QHT-lərə dəstəyi ilə bağlı “İstiqlal.az” saytına müsahibə verib.

-Korrupsiayaya qarşı mübarizə sahəsində qəbul edilmiş ən mühüm hüquqi qüvvəyə malik olan aktlardan biri BMT-nin konvensiyasıdır. BMT-də bu konvensiyanın icrasına nəzarət mexanizmləri necə qurulub?

– Qeyd etdiyiniz kimi beynəlxalq təcrübədə korrupsiayaya qarşı mübarizə sahəsində qəbul edilmiş ən mühüm beynəlxalq akt BMT-nin korrupsiya əleyhinə konvensiyasıdır. Bu akt qlobal səviyyədə ən mühüm sənəd hesab edilir. Regional səviyyədə isə mülki xarakterli cinayətlərə qarşı Avropa konvensiyası var. Bu konvensiyalara Azərbaycan da qoşulub.

BMT-nin korrupsiayaya qarşı konvensiyası, onun icrası mexanizmləri barədə qısa arayış vermək istəyirəm. Korrupsiyaya qarşı mübarizə sahəsinə cavabdeh qurum əsas etibari ilə BMT-nin Narkotiklər və Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsidir. Lakin adından göründüyü kimi bu qurum nəinki korrupsiyaya qarşı mübarizə sahəsinə, həmçinin mütəşəkkil cinayətkarlığa qarşı konvensiyanın da icrasına da cavabdehdirlər. Həmin idarənin nəzdində isə vətəndaş cəmiyyəti təşkilatları ilə iş şöbəsi var. Bizim təşkilat da əsas etibari ilə həmin şöbə ilə əməkdaşlıq edir. Eyni zamanda da həmin idarənin çətiri altında fəaliyyət göstərən beynəlxalq QHT alyansının üzvüyük. Həmin alyans cinayətlərin önlənməsi və ədalət mühakiməsi məsələləri ilə məşğul olan QHT alyansıdır. Bu alyans çərçivəsində biz idarənin təşkil etdiyi tədbirlərdə iştirak edə bilirik. Eyni zamanda ayrıca korrupsiyaya qarşı mübarizə ilə bağlı QHT alyansı da mövcuddur. Onların da tədbirlərində iştirak edirik. Burada qlobal səviyyədə beynəlxalq ekspertlər toplaşaraq korrupsiya problemlərini müzakirə edirlər.

Konvensiyanın icrasına nəzarət mexanizmi isə Beynəlxalq İcmal Qrupu deyilən bir təsisat tərəfindən həyata keçirilir. Onlar konkret olaraq korrupsiyaya qarşı mübarizə konvensiyasına qoşulan ölkələrdə bu aktın necə həyata keçirilməsi ilə bağlı hesabatlara baxırlar. Həmin qrup qısa xülasə və ya detallı şəkildə həmin ölkələrin hesabatlarına münasibət bildirir, müsbət və mənfi tərəflərini qeyd edir və tövsiyələrini verirlər.

-BMT-nin korrupsiyaya qarşı mübarizə konvensiyasının  iştirakçı ölkələrinin 9-cu sessiyasını izləmişdinizmi? Bu sessiyada korrupsiaya qarşı mübarizə sahəsində hansı yeni üsullar ortaya çıxıb?

-Bu tədbir Misirdə baş tutub və bizim həmin sessiyaya onlayn qatılmaq şansımız olub. Orada BMT-nin korrupsiyaya qarşı mübarizə konvensiyasında iştirakçı dövlətlər barədə qlobal səviyyədə 7 qətnamə qəbul olunub və əsas iki məsələ qaldırılıb. Eyni zamanda “Şarm Əl Şeyx bəyannaməsi” qəbul olunub. Bu da əsas etibari ilə iqtisadi və səhiyyə xərclərinin yaratdığı korrupsiya risklərinin artması ilə bağlıdır. Bu da təbiidir. Çünki həmin vaxt Covid-19 pandemiyası dövrü idi və koronavirus başqa problemlər, o cümlədən korrupsiya problemləri də yaratmışdı. Bu məsələlərə bağlı müzakirələr oldu və biz də öz qeydlərimizi apardıq.

-Ramil bəy, bu konfransda və bundan öncəki konfransda üzv ölkələrə bəzi məsələhətlər verilir. Bəs üzv ölkələrin həmin tövsiyələri yerinə yetirilməsinə nəzarət mexanizmi varmı?

-Bəli. Tamamilə doğru qeyd etdiniz ki, bu, təkcə Şarm Əl Şeyxdə keçirilən tədbirlə bitmir. Onlar bir sıra konfrans və tədbirlərdə üzv ölkələrə öz tövsiyyələrini verirlər. Tutaq ki, Şarm Əl Şeyx bəyannaməsində iqtisadi məsələlərin yaratdığı korrupsiya risklərinin artdğı vurğulanır və üzv dövlətlərə bunun qarşısını almaq üçün beynəlxalq əməkdaşlığı gücləndirmək tövsiyə olunur.

Başqa bir tədbiri də qeyd edə bilərəm. Cinayətlərin qarşısının alınması və cinayət ədliyyəsi sahəsində məşhur 14-cü Kioto konfransı keçirilmişdi. Orada bir çox məsələlər müzakirə edilmiş və sonda Kioto deklatasiyası qəbul olunmuşdu. Həmin deklarasiyada effektiv anti-korrupsiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı xüsusi fəail var və orada üzv dövlətlər müəyyən tövsiyələr əksini tapıb.

Azərbaycanda məsələn, korrupsiyaya qarşı mübarizə sahəsində səhv etmirəmsə, 2022-2026-cı illər üçün fəaliyyət planı qəbul olunub. Bu cür fəaliyyət planlarında adətən BMT-nin tövsiyələri nəzərə alınır. Azərbaycan da istisna deyil.

-Korrupsiya hallarının transərhəd xarakter alması ilə bağlı da fikirlərinizi bilmək istərdik. Buna qarşı konvensiyaya üzv ölkələrə hansı tövsiyələr var?

-Burada əsas etibarilə BMT-nin mütəşəkkl cinayətkarlığa qarşı konvensiyasının icrasına və ona əlavə edilən protokollarda nzərədə tutulanlanrın nə dərəcədə həyata keçirilməsi ilə bağlı icmal mexanizmi mövcuddur. İcmal mexanizmində ölkələr mütəmadi hesabatlarını təqdim edir və BMT də öz tövsiyələrini verir və bu tövsiyələrin necə həyata keçirilməsi  ilə bağlı məsələləri də öz icmallarında nəzərə alır.

Son dövrlər BMT bu prosesdə  məhz QHT-lərin rolunu çox artırmışdı. Məsələn, BMT-nin Narkotik və Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi rəhbər QHT-lər üçün bu prosesdə necə iştirak etməklə bağlı prinsiplər, təlimatlar hazırlayırlar. QHT-lər hətta  ölkə hesabatlarına alternativ hesabtlar da hazırlaya bilərlər. Amma icmal prosesində dövlət orqanlarının QHT-ləri hesabatların hazırlanmasına cəlb etməsi icbari xarakter daşımır. Bu, QHT-lərin öz təşəbbüsündən, yaxud da əməkdaşlıq səviyyəsindən asılıdır.

Amma QHT-lər üçün hal-hazırda xeyli onlayn resurslar yaradılıb. Məsələn, “What on platforması”.  Həmin platformada beynəlxalq QHT-lər, yerli təşkilatlar, o cümlədən bizim təşkilat da təmsil olunur. Burada təşkilatlar özləri barədə məlumatlar yerləşdirə bilər. Bundan başqa, xüsusi təlimlər keçirilir ki, bizim təşkilatdan artıq 3 nəfər belə təlimlərdə iştirak edib. Həmin təlimlərdə konvensiyaların ölkələr tərəfindən həyata keçirilməsi prosesində necə iştirak etmələri tədris olunur.  Bu çox vacib bir prosesdir.

-Korrupsiyaya qarşı mübarizə sahəsində BMT ilə Azərbaycan arasında hansı növ əməkdaşlıq mövcuddur?

-Biz təbii ki, QHT olaraq bu prosesdə vətəndaş cəmiyyətini təmsil edirik. Amma təbii ki, BMT-nin özünün iştirakçı dövlətlərlə birbaşa əlaqələri var. Biz bu əməkdaşlığın təfərrüatlarını bilməyə bilərik.

İctimai açıq xarakterli məlumatlar əsas etibari ilə dövlətlərin təqdim etdiyi hesabatlarda əks olunur. Bundan başqa, BMT qurumlarının beynəlxalq icmal qrupunun xülasəsi ilə tanış olmaq olar. Burada eyni zamanda BMT-nin  həm müsbət, həm də problemlərin həllinə dair tövsiyələri əks olunub.  Məsələn Azərbaycanla bağlı 2021-ci ildə həmin İcmal Qrupu xülasə sənədi hazırlamışdı. Həmin sənəddə Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra qanunların, o cümlədən dövlət proqramlarının qəbul edilməsi və həyata keçirilməsi ilə bağlı məlumatlar əks olunub. Xüsusilə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması, çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması , cinayət işlərində hüquqi yardım, dövlət satınalmaları ilə bağlı həyata keçirilən tədbirlər,  korrupsiyaya qarşı mübarizə sahəsində açıq hökumət ptoqramının qəbul edilməsi bunlar müsbət məqam kimi göstərilir. Bundan başqa, korrupsiya sahəsində ixtisaslaşmış qurumların fəaliyyəti  qənaətbəxş hesab edilir.. Amma müəyyən məsələlər də var ki, onların təkmilləşdirilməsinə ehtiyac var.Bu sahədə onlar bəzi tövsiyələr vermişdilər. Məsələn,  vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların elektron formada təqdim olunması, xüsusi müsadirə institutunun effektivliyinin təmin edilməsi məqsədi ilə bir sıra tədbirlərin görülməsi, dövlət qurumlarında vəzifəli şəxslərin fəaliyyətlərində maraqlar toqquşmasının qarşısının alınması sahəsində addımlar atılmasını tövsiyyə etmişdilər.

-Korrupsia qarşı mübarizə ilə bağlı qəbul edilmiş 2022-2026-cı il üçün  milli fəaliyyət planını necə dəyərləndirirsiniz?

-Ümumiyyətlə hesab edirəm ki, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-ci illər üzrə milli fəaliyət planın qəbul edilməsi müsbət haldır.

Bu fəlaiyyət planında  BMT-nin verdiyi tövsiyyələrdən əksəriyyəti əksini tapıb. Məsələn, vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların elektron şəkildə təqdim edilməsi işinin təşkili, xüsusi müsadirə institutunun effektivliyinin artırılması və s. bu fəaliyyət planında əks olunub. Digər məsələlər də var. Mən xüsusilə, bir məsələni vurğulamaq istəyirəm.

Milli fəaliyyət planında 5-ci prioritet olaraq korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş cəmiyyəti instituları ilə və bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi göstərilir.Ümumiyyətlə son dövrlər  həm BMT qurumlarında vətəndaş cəmiyyəti insttitularının cəlb edilməsi güclənməsi üzv ölkələrə də sirayət eir. Azərbaycanın özündə də vətəndaş cəmiyyəti təsisatlarının korrupsiyaya qarşı mübarizədə effektivliyinin artırılması üçün QHT-lərin müəyyən fəaliyyətlərə cəlb edilməsi nəzərdə tutulur. Konkret olaraq vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları arasında əməkdaşlığın daha da gücləndiriməsi və birgə layihələrin həyata keçirilməsini vurğulamaq istəyirəm. Bu artıq dövlət orqanlarında ictimai iştirakçılığın tətbiqinin genişləndirilməsini göstərir. Bilirsiniz ki, Azərbaycanda mərkəzi icra orqanlarının yanında ictimai şuralar fəaliyyətlər göstərir. Doğrudur, onların fəaliyyətini tam qənaətbəxş hesab etmək olmaz. Amma bu proses təkmilləşdikcə imkan verir ki, QHT-lər nəinki hər hansı bir için icrasına, eyni zamanda qərar qəbuletmə prosesinə cəlb olunsun. Təbii ki, proses gözlədiyimiz kimi həyata keçirilərsə.

-Sadə vətındaşlarKorrupsiya olayı ilə üzləşdiyimiz

– Fikrimcə, burada artıq davramış dəyişikliyindən danışırıq. Qanunvericilik bu məsələni tənzimləyir. Tutaq ki, korrupsiyaya qarşı mübarizə haqqında qanunda korrupsiya cinayətləri barədə məlumat verən şəxsin təhlükəsizliyinin qorunması nəzərdə tutulur.

Vətəndaşlar təbii ki, hardasa korrupsiya cinayətinin baş verdiyini düşünürsə, müvafiq qurumlara müraciət edə bilərlər. Yaxud da korrupsiya riski olan məsələlərlə bağlı Korrupsiyaya qarşı Mübarizə Komissiyasına öz fikrini bildirə bilər. Vətəndaşların maarifləndirilməsi baxımından QHT-lərin də prosesdə böyük rolu ola bilər.

Əgər biz ictimaiyyətin davranış dəyişikliyinə nail ola bilsək o zaman korrupsiyaya qarşı müabrizənin effketivliyi də artar.

-Vətəndaş müraciətlərinə baxılması sahəsindəki ümumi vəziyyəti necə dəyərləndirisiniz?

-Burada təkcə korupsiya faktları ilə bağlı yox, süründürməçilik məsələsinə də diqqət çəkilməlidir.

Vətəndaşlar müraciət edir,amma baxılmasını uzadırlar. Bu yaxınlarda Açıq Cəmiyyət Platformasının keçirdiyi ictimai dinləmələrdə göründü ki, bir sıra hallarda müraciətlərə şablon cavablar verilir, məsələlərə biganə yanaşılır. Bu sahədə əlbəttə müxtəlif təkmilləşdirmə tədbirləri həyata keçirilməlidir.

Bu müsahibə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  “Güzəran”  Sosial Araşdırmalar İctimai Birliyi tərəfindən həyata keçirilən “KİV-də “Açıq hökumət” islahatları” layihəs çərçivəsində hazırlanıb və dərc edilib.

İstiqlal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button