Dünya

BMT Koreya yarımadasında hadisələrin inkişafından narahatdır

BMT Koreya yarımadasında raketlərin işə salınması hallarından narahatdır.
“Report” xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik keçirdiyi brifinqdə bildirib.
O, qeyd edib ki, təşkilat bu məsələnin diplomatik həllinə çağırır.
“Biz proseslərdən məlumatlıyıq və son hadisələrin inkişafından narahatıq. Daha əvvəl bildirdiyimiz kimi, diplomatik təsir sülh (nail olunması-red), Koreya yarımadasının tam və yoxlanılan nüvəsizləşdirilməsi üçün yeganə yol olaraq qalır”, – o deyib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button