Dünya

BMT Kabildə qadınların oğurlanmasından narahatdır

BMT-nin İnsan Haqları Bürosu bu ayın əvvəlində Əfqanıstanın paytaxtı Kabildə qadın haqları ilə bağlı keçirilən son etirazlardan sonra 6 nəfərin oğurlanmasından narahatlığını bildirib.

“Afghanistan Sun” xəbər verir ki, yanvarın 19-da Pərvanə İbrahim Xil və baldızı Kabilə gedərkən oğurlanıb, Tamana Paryani və onun üç bacısı isə evlərindən yoxa çıxıblar. Hər iki qadın yanvarın 16-da qadınların hüquqlarını müdafiə edən dinc nümayişdə iştirak edib. O vaxtdan bəri digər qadınların etiraz aksiyalarında iştirakı ilə bağlı evlərində axtarış aparıldığı barədə xəbərlər yayılıb. Bu və digər şəxslərin yeri və sağ qalması barədə hər hansı məlumatın olmaması qorxu və qeyri-müəyyənlik mühiti yaradıb.

Bu xəbərlər həmçinin, Əfqanıstanda vətəndaş cəmiyyəti fəallarının, jurnalistlərin və media işçilərinin, keçmiş hökumət və təhlükəsizlik qüvvələrinin əməkdaşlarının əsassız həbsləri, habelə işgəncə və pis rəftar nümunəsi kimi görünən halları diqqət mərkəzində saxlayıb.

BMT-nin İnsan Hüquqları İdarəsinin sözçüsü Ravina Şamdasani Cenevrədə keçirdiyi mətbuat brifinqində iki həftə əvvəl Kabildə qadınların təşkil etdiyi son etirazlarla əlaqədar oğurlanan 6 nəfərin itkin düşməsindən narahat olduğunu deyib. Bildirib ki, yeni hökumətin bu şəxslərin itkin düşməsi ilə əlaqədar araşdırma elan etməsinə baxmayaraq, onların harada olması ilə bağlı hələ də təsdiqlənmiş məlumat yoxdur”. O, həmçinin, “Taliban”ı bu qadın fəalların və onların yaxınlarının oğurlanması və yoxa çıxması ilə bağlı apardıqları araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat verməyə, onların təhlükəsiz, dərhal azad edilməsini təmin etmək üçün bütün mümkün tədbirləri görməyə, günahkarların məsuliyyətə cəlb etməyə çağırıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button