Dünya

BMT İnsan Hüquqları Şurası Əfqanıstan üzrə xüsusi məruzəçi təyin edib

BMT İnsan Hüquqları Şurası Əfqanıstan üzrə xüsusi məruzəçi təyin edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqına üzv dövlətlərin təşəbbüsü ilə Cenevrədə Şuranın 48-ci sessiyasında qəbul edilən qətnamədə deyilir.
Sənəddə qeyd edilir ki, xüsusi məruzəçi Əfqanıstanda insan hüquqları sahəsində vəziyyətə nəzarət etmək üçün bir il müddətinə təyin olunacaq. Ona ölkədəki hüquq və azadlıqlar sahəsindəki vəziyyət haqqında Şuranı məlumatlandırmaq və onun yaxşılaşdırılması üçün tövsiyələr vermək tapşırılır.
Bundan əlavə, insan hüquqları sahəsində bütün maraqlı tərəflərdən məlumat istəyəcək və yazılı hesabat təqdim edəcək.
Şuranın 47 ölkəsindən 28-i sessiyada qətnamənin qəbul edilməsinin lehinə səs verib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button