Dünya

BMT İnsan Haqları Kabildə məktəbləri hədəf alan partlayışları pisləyir

 

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları dünən Kabildə 20-dən çox insanın ölümü ilə nəticələnən oğlan məktəbinin yaxınlığında törədilən hücumları pisləyib və hadisənin araşdırılmasını istəyib.

Sputnik xəbər verir ki,  19 aprel, səhər saatlarında paytaxtın Daşti-Bərçi rayonunda Abdul Rəhim Şəhid liseyində partlayış baş verib, 6 nəfər ölüb, onlarla 11 nəfər yaralanıb. Şəhərin təhlükəsizlik departamenti daha sonra məktəb ərazisində üç partlayışın baş verdiyini bildirib. Bundan əvvəl də Kabilin qərb hissəsində yerləşən Mümtaz məktəbinin ərazisində daha bir partlayış baş verib.

BMT İnsan Haqları paylaşdığı tvitində yazır ki, onlar Hazara şiə ailələrinin məskəni olan Kabil ətrafında bir oğlan məktəbinin yaxınlığında baş verən ölümcül hücumları qətiyyətlə pisləyir: “ Məktəblərə+uşaqlara edilən hücumlar alçaqlıqdır, onlar araşdırılmalı və günahkarlar beynəlxalq norma və standartlara uyğun olaraq cavab verməlidirlər”.

1TV News telekanalı xəbər verir ki, Kabilin qərbində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 20 nəfəri ötüb.

Hələlik heç bir qruplaşma partlayışlara görə məsuliyyəti üzərinə götürməyib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button