Dünya

BMT Efiopiyaya humanitar reysləri dayandırıb

BMT Efiopiyanın Tiqray əyalətindəki Mekele şəhərinə humanitar uçuşları dayandırır.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib.
Onun məlumatına görə, təşkilatın Humanitar Hava Xidmətinin sözügedən şəhərə etdiyi bütün uçuşlar növbəti xəbərdarlığa qədər təxirə salınıb.
Təşkilatın sözçüsü BMT-nin uçuşlarının humanitar yardım təyyarəsinin istiqamətini dəyişdirmək səbəbindən dayandırıldığını qeyd edib.
Qeyd edək ki, BMT-nin oktyabrın 22-də həyata keçirdiyi humanitar reys Efiopiyanın hərbi hava zərbələrinə görə Tigray bölgəsinin inzibati mərkəzi Mekeleyə eniş etməkdən imtina edib.
Həmin hava zərbələri nəticəsində 10-dan çox mülki şəxs yaralanıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button