Dünya

BMT Baş katibinin keçmiş müavini Çini nüvə silahından istifadəyə hazır olmağa çağırıb

Çin ABŞ-ın qlobal təhlükəsizliyi təhdid edən siyasətinə qarşı nüvə silahından istifadə etməyə hazır olmalıdır.
“Report” “Daily Mail”ə istinadən xəbər verir ki, bunu BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə keçmiş müavini Şa Zukanq deyib.
Onun sözlərinə görə, Pekin əvvəlcə nüvə silahından istifadə etməmək siyasətindən əl çəkməlidir.
Diplomat əlavə edib ki, Çin hakimiyyətinin siyasi xətti ölkənin mənəvi nüfuzunu yüksəltsə də, Vaşinqtonun qlobal təhlükəsizliyi təhdid edən siyasətinə uyğun deyil.
Ş.Zukanqın dediyinə görə, o, bu qənaətə ABŞ, Böyük Britaniya və Avstraliya arasında yeni bir ittifaq olan AUKUS-un yaranmasından sonra gəlib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button