Dünya

BMT Baş katibi CAR-da bütün tərəfləri atəşkəsə əməl etməyə çağırıb

BMT Baş katibi Antoniu Quterreş CAR-da bütün tərəfləri atəşkəsə riayət etməyə çağırıb.
“Report” xəbər verir ki, bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Dujarrikin bəyanatında deyilir.
“Baş katib bütün tərəfləri inklüziv siyasi dialoqa konstruktiv yanaşmağa çağırır”, – Dujarrik deyib.
Quterreş 2019-cu il sülh müqaviləsinin yenilənməsinin tərəfdarı olduğunu bildirib.
Bundan əvvəl CAR prezidenti Fosten Arkanj Tuader ölkə daxilində bütün hərbi əməliyyatların sona çatdığını açıqlayıb.
2013-cü ilin dekabr ayının əvvəllərində Banqui şəhərində keçmiş Seleka qruplaşmasının yaraqlıları ilə onlara qarşı çıxan xristian üsyançılar arasında toqquşmalar baş verib. Münaqişə zamanı 1 milyona yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb, təxminən 6 min insan ölüb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button