Gündəm

BMqT 123 Azərbaycan vətəndaşının Ukraynadan çıxarılmasına kömək edib

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyi Rusiya ilə münaqişə başladıqdan sonra 123 Azərbaycan vətəndaşının Ukraynadan çıxarılmasında hökumətə kömək edib.

Bu barədə “Report”a BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Gyorgiyev bildirib.

Onun sözlərinə görə, təşkilat ümumilikdə 200 vətəndaşın qayıtmasına yardım göstərməlidir: “BMqT-nin dəstəyi ilə 200 nəfər Vətənə qayıtmalı idi. Dəqiqləşdirə bildik ki, onlardan 123 nəfəri Polşanın Krakov şəhərini tərk edərək Rumıniyanın Buxarest şəhərinə yollanırlar. Oradan Azərbaycan hökuməti onların Vətənə daşınmasını təmin edəcək. Bəzən ən həssas şəxslərin qayıtması prioritet hesab olunur, amma son nəticədə, hər kəsin evə qayıtmaq hüququ var”.

O, təşkilatın münaqişədən əziyyət çəkmiş Azərbaycan vətəndaşlarına sürətli dəstək göstərməyə hazır olduğunu əlavə edib: “Azərbaycan vətəndaşlarının Ukraynadan qaytarılması üzrə işlər bir sıra hökumət qurumları və BMqT missiyalarının birgə fəaliyyəti nəticəsində həyata keçirilir. Hazırkı vəziyyət səbəbindən Ukraynanı tərk edən Azərbaycan vətəndaşlarına məhz bu yolla kömək etməyə çalışırıq… Birgə fəaliyyətin məqsədi Azərbaycan vətəndaşlarını özlərini təhlükəsizlikdə hiss edəcəkləri evlərinə ən qısa müddətdə və ən uyğun vasitə ilə qaytarmaqdır”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button