İqtisadiyyat

Biznes Mühiti Sorğusu 2021″ təqdim ediləcək

Gələn həftə “Azərbaycanda Xarici Biznes: Biznes Mühiti Sorğusu 2021” adlı müstəqil hesabatının növbəti nəşri təqdim ediləcək.
Alman-Azərbaycan Xarici Ticarət Palatasından (AHK-Azərbaycan) “APA-Economics”ə verilən məlumata görə, bununla bağlı İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) ilə birgə əməkdaşlıq çərçivəsində eksklüziv biznes tədbiri təşkil olunacaq.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə keçiriləcək tədbirdə 150-yə yaxın yüksək vəzifəli xarici biznes nümayəndələri və beynəlxalq qurumlar qatılacaq.
Tədbir ictimai-özəl dialoqu gücləndirməklə şirkətlərin üzləşdiyi çətinlikləri müzakirə etmək və təklifləri təşviq etmək məqsədi daşıyır.
“Azərbaycanda Xarici Biznes: Biznes Mühiti Sorğusu 2021” AHK Azərbaycanın KPMG Azərbaycanla birgə əməkdaşlıq çərçivəsində hazırlayıb dərc etdiyi müstəqil nəşrdir. 2021-ci ilin may-iyul aylarında aparılan onlayn sorğunun nəticələri əsasında formalaşan bu hesabat, ölkədə investisiya mühitinə xüsusi diqqət ayırmaqla xarici şirkətlərin fəaliyyəti haqqında rəyləri əks etdirir. Onlayn keçirilən bu sorğu ümumi, mövcud iqtisadi vəziyyət, və eləcə də yaxın gələcəkdəki iqtisadi perspektivlərlə bağlı əsas məlumatları əhatə edən 21 sualdan ibarətdir. Sorğuya həmçinin ölkədəki investisiya mühitini və ölkəyə xarici kapital axınını daha da yaxşılaşdırmaq məqsədilə zəruri islahatların paralelində, davam edən iqtisadi islahatların səmərəliliyinə dair suallar daxil edilib. Ən son yenilikləri nəzərə alaraq, bu ilki nəşrdə bəzi suallar bir qədər dəyişdirilib və şirkətlərin Qarabağ və Şərqi Zəngəzur bölgəsinin iqtisadi canlanmasında iştirak etmək niyyətlərini anlamaq üçün iki yeni sual da sorğuya əlavə edilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button