İqtisadiyyat

“Bitcoin”in dəyəri dördaylıq maksimuma çatıb

Bu gün Bakı vaxtı ilə saat 10:40-da birjalarda dünyanın ən populyar kriptovalyutası sayılan “Bitcoin”nin dəyəri 59,6 min ABŞ dolları təşkil edib ki, bu da son dörd ayda qeydə alınmış ən yüksək göstəricidir.
“APA-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, son sutka ərzində sözügedən kriptovalyuta 2% bahalaşıb. “CoinGecko” resursunun məlumatına görə, hazırda “Bitcoin”in kapitallaşması 1,07 trln. dollar, günlük ticarət həcmi isə 40 mlrd. dollar səviyyəsindədir.
Qeyd edək ki, “Bitcoin”in tarixi maksimumu cari ilin aprelində qeydə alınmışdı – 64,9 min dollar.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button