Dünya

Birləşmiş Ərəb Əmirlikləri hökumətində dəyişikliklər edilib

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökumətində bu gün dəyişikliklər edilib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Baş nazir Məhəmməd bin Rəşid əl-Maktum öz tvitter səhifəsində məlumat verib.
“Nailiyyətlərimizi qorumaq və milli inkişaf prosesini sürətləndirmək üçün federal hökumətə yeni nazirlərin təyin olunmasını elan edirik və Nazirlər Kabineti üçün yaxın 50 il üçün yeni bir metodologiya elan edirik”, – Baş nazir bildirib.
Hökumət başçısının sözlərinə görə, BƏƏ hazırda dünyada və regionda bir sıra iqtisadi göstəricilərə görə liderdir.
Dəyişikliyə əsasən, yeni hökumətdə 9-u qadın olmaqla 33 nazir var. Hökumət başçısının oğlu Şeyx Maktum bin Məhəmməd Baş nazirin müavini və Maliyyə Naziri təyin edilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button