Gündəm

Bir doza vaksinin iki nəfərə vurulurmu? 

Son günlər sosial şəbəkələrdə koronavirusa qarşı bir doza vaksinin iki nəfərə vurulması ilə bağlı məlumatlar yayılmağa başlayıb. 

Şikayətçilər bildirir ki, poliklinikalardan vaksinasiyaya gələnlərə özü ilə bir nəfəri gətirməyə, ya da oturub başqa bir şəxsi gözləməyi tapşırılır. “Belə çıxır ki, bir ampula vaksin iki nəfərin arasında bölüşdürülür? Axı, bir ampula bir nəfər üçün nəzərdə tutulub”, deyə adının çəkilməsini istəməyən çikayətçi sual edib. 

Səhiyyə Nazirliyindən  isə “Turan” İnformasiya Agentliyinə bildirilib ki, iyun ayında Azərbaycana iki dozalı vaksinlər gəlib : “Yəqin həmin şəxslər axşam gedib və poliklinikada vaksinasiya üçün gələn adam olmayıb. Belə olan halda həkim vaksinin ikinci dozasını atmamaq üçün ya ikinci şəxsi özü ilə gətirməyi xahiş edir, ya da səhər gəlməyi. Bir doza vaksin iki nəfər arasında bölüşdürülmür, bu cür məlumatların əsası yoxdur. Əgər kimdəsə bununla bağlı məlumat varsa, Səhiyyə Nazirliyinə məlumat versinlər”.  

Azərbaycanda vaksinasiyaya  bu il yanvarın 18-dən başlanıb. İndiyə kimi ölkədə birinci mərhələdə 3,3 milyon, ikinci mərhələdə isə 2,2 milyon şəxsin peyvənd edildiyi açıqlanıb.Ölkə əhalisinin 10 milyon olduğu bildirilib. 

Xatırlatma 

 2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə ümumilikdə 352 926 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan  5 072-nin vəfat etdiyi bildirilib. 

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button