Mədəniyyət

“Bir Bax, Min Yaşat” foto sərgisi keçiriləcək

Noyabrın 23-də saat 17:00-da Heydər Əliyev Sarayında gənc və istedadlı fotoqraf Ramin Aslanovun “Bir Bax, Min Yaşat” fərdi foto sərgisi keçiriləcək.

Heydər Əliyev Sarayından verilən məlumata görə, müxtəlif və rəngarəng mövzuları əhatə edən və əsasən təbiət fotojanrına üstünlük verilən fotosərgi müəllifin tamaşaçılar qarşısında ilk hesabatıdır. Azərbaycanımızın şəhər və rayonlarının təbiətinin müxtəlif obrazlı gözəlliklərinin, təbii sərvətlərinin müxtəlifliyinin sərgiləndiyi sərgi tamaşaçılara yüksək sənət zövqü bəxş edəcək.

Heydər Əliyev Sarayının foto sərginin təşkilində məqsədi sərgilənən foto nümunələrini geniş ictimaiyyətə təqdim edərək, tanıdaraq gənc, yaradıcı və peşakar insanlara diqqət göstərmək, dəstək olmaqdır.

Qeyd edək ki, foto sərgidə əsərlərin satışı həyata keçiriləcək. Əldə olunacaq gəlir Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fonduna ianə ediləcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button