Cəmiyyət

Bir ay ərzində azad olunan ərazilərdə daha 512 mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan “Report”a verilən məlumata görə, sentyabrın 1-dən oktyabrın 2-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 429, tank əleyhinə 83 mina və 533 ədəd partlamamış hərbi sursat aşkarlanıb.
Nəticədə 962 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button