Cəmiyyət

Biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsi ilə bağlı məsələlər müzakirə edilib

Dekabrın 8-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Qlobal Ekologiya fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkil etdiyi “Biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsi sisteminin gücləndirilməsi” layihəsi üzrə ilkin seminar işinə başlayıb.

“Biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsi: İdərəetmənin təkmilləşdirilməsi yolu ilə Azərbaycanın xüsusi mühafizə olunan ərazilər sisteminin gücləndirilməsi” layihəsi üzrə keçirilən seminar ölkəmizdə bu sahə üzrə fəaliyyəti təkmilləşdirmək yolunda atılan addımlardandır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev tədbirin məqsədi barədə məlumat verərək bildirib ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin birgə səyi ilə müvafiq maraqlı tərəfləri, o cümlədən dövlət qurumlarını, beynəlxalq institutları, özəl sektoru, QHT-ləri, eləcə də media nümayəndələrini bir araya gətirməklə layihənin icrasına başlamaq qaldırılan məsələlərin aktuallığına nail olmaqdır.

Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev Azərbaycanın rəngarəng flora və faunası barədə məlumat verərək, onun bir hissəsinin 30 ilə yaxın müddətdə Ermənistan silahlı qüvvələrinin işğalı altında qaldığı və nəticədə ciddi ekoterrora uğradığı barədə məlumat verib. Hazırda həmin ərazilərdə pozulmuş ekoloji tarazlığın bərpası işi üzrə tədbirlərin hazırlanması istiqamətində fəaliyyət göstərildiyini qeyd edən rəis müavini bu məsələnin hökumət üçün prioritet olduğunu xatırladıb. Ölkədə bununla əlaqədar təcrübənin olduğunu qeyd edən Rəşad Allahverdiyev təbiətin qorunması üzrə qazanılan təcrübəni bu faktlarla izah etdi: “Azərbaycan özünün çoxnövlü və xarakterik qlobal əhəmiyyətli bioloji çeşidliliyi ilə, Qafqaz regionunun biomüxtəliflik baxımından ən zəngin ölkələrindən biri hesab olunur. Geniş iqlim, topoqrafik və geomorfoloji xüsusiyyətlərə malik Azərbaycanın xüsusi mühafizə olunan ərazi sistemi hazırda ölkənin 10,3 faizini əhatə edir və 10 Dövlət Təbiət Qoruğu, 10 Milli Park və 23 Dövlət Təbiət Yasaqlığını əhatə edir”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button