Dünya

Bill Klinton daha bir gün xəstəxanada qalacaq

ABŞ-ın qan zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilmiş keçmiş prezidenti Uilyam Ceferson (Bill) Klinton bazar günü (yerli vaxtla-red) xəstəxanada qalacaq.
“Report” xəbər verir ki, bu barədə onun mətbuat katibi Anxel Urenya bildirib.
“Prezident Klintonun səhhəti son 24 saat ərzində yaxşılaşıb. O, sabah gözlənilən evə buraxılmazdan əvvəl antibiotiklərin venadaxili kursunu davam etdirmək üçün gecə “UC Irvine” tibbi mərkəzində qalacaq”, – mətbuat katibi deyib.
Onun sözlərinə görə, Klinton əla əhval-ruhiyyədədir, ailəsi illə vaxt keçirir, dostlarla ünsiyyət saxlayır və Amerika futbolunun oyunlara baxır. Klinton tezliklə evə qayıtmağı nəzərdə tutur və dəstəyə görə hamıya təşəkkür edir.
Qeyd edək ki, Klinton bir neçə gün əvvəl qan zəhərlənməsi diaqnozu ilə Kaliforniyada xəstəxanalardan birinə yerləşdirilib.
Bill Klinton 1993-cü ildən 2001-ci ilə qədər ABŞ prezidenti olub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button