Cəmiyyət

Biləsuvarda ilk dəfə ingilis dili üzrə layihələrin açılışı olub

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi” çərçivəsində qalib olmuş Biləsuvar rayon Yuxarı Cürəli kənd T.Əliyev adına tam orta məktəbin müəllimləri Azər Əliyevin “E-Teachers” və Vəfa İsayevanın “İngilis dili sinifdən xaricə” layihələrinin açılış mərasimi keçirilib.
“Report”un Muğan bürosu xəbər verir ki, Biləsuvar Rayon Gənclər Evində təşkil edilmiş mərasimdə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə, Biləsuvar rayon Təhsil Şöbəsinin əməkdaşı, layihə rəhbərləri və ümumtəhsil müəssisələrinin ingilis dili müəllimləri iştirak edib.
Çıxış edən “E-teachers” layihəsinin rəhbəri Azər Əliyev bildirib ki, layihənin əsas məqsədi ingilis dili müəllimlərinin müasir avadanlıqlardan istifadə bacarıqlarının artırılmasıdır. 15.09.2021-ci il tarixindən 15.12.2021-ci il tarixinə qədər davam edəcək layihədə 12 modul üzrə təlimlər 30 müəllimin iştirakı ilə Bakı Oksford məktəbinin və xarici ölkələrin təcrübəli müəllimləri tərəfindən keçiriləcək.
“İngilis dili sinifdən xaricə” layihəsinin rəhbəri Vəfa İsayeva öz çıxışında bildirib ki, layihənin əsas məqsədi şagirdlərin ingilis dili üzrə danışıq və ünsiyyət bacarıqlarının artırılması, müxtəlif onlayn oyun metodu ilə dil biliklərinin təkmilləşdirilməsindən ibarətdir.
15.09.2021-ci ildən və 15.06.2022-ci ilə qədər davam edəcək layihənin təlimləri 10 məktəb üzrə 120 şagirdi əhatə edəcək və sonda layihəni uğurla başa vuran şagirdlərə sertifikatlar təqdim ediləcək.
Bildiririk ki, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası layihənin icra olunmasında birgə əməkdaşlıq edəcəkdir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button