Cəmiyyət

Biləsuvarda ev yanıb |

Biləsuvar rayonununda yanğın hadisəsi baş verib.
“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Cürəli kəndində, Ələkbər Əliyevə məxsus evdə qeydə alınıb.
Hadisə yerinə Biləsuvar rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub.
Ümumi sahəsi 56 kvadrat metr olan birmərtəbəli iki otaq və eyvandan ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yanğın söndürülüb.
Hadisənin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button