Cəmiyyət

Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb, sürücü hadisə yerindən uzaqlaşıb

Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar şəhərində qeydə alınıb.
Belə ki, “Ford” markalı yük avtomobili Biləsuvar şəhər sakini, 1963-cü il təvəllüdlü Hüseynov Akif Hidayət oğlunu vurub.
Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qəzanı törədən “Ford” markalı yük avtomobili hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button