Dünya

Beynəlxalq Donor Konfransında Ukraynaya yardım üçün 6,5 milyard dollar toplanıb

Varşavada Ukraynaya dəstək məqsədilə keçirilən Beynəlxalq Donor Konfransının iştirakçıları 6,5 milyard dollar toplaya biliblər.

“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moravetski bildirib.

Onun sözlərinə görə, Polşa özü əlavə olaraq Ukraynaya 100 milyon avro humanitar yardım verəcək.

“Biz əmin olacağıq ki, bu vəsait Ukrayna xalqına mümkün qədər tez və səmərəli şəkildə çatsın”, – Polşanın baş naziri vurğulayıb.

Bundan əlavə, o, Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinin zəruriliyindən, xüsusən də qaz və neftə tam embarqonun tətbiqindən danışıb.

Ukrayna Prezidenti Volodimir Zelenski də Beynəlxalq Donor Konfransında çıxış edib. O, bildirib ki, Ukraynanın beynəlxalq dəstək üçün strateji plana ehtiyacı var və bu plan tarixi Marşal Planının müasir analoquna çevriləcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button