İdman

“Beşiktaş” “Qalatasaray”ı məğlub edib

Türkiyə Super Liqasında X tura yekun vurulub.
Apasport.az saytının məlumatına görə, qapanış matçında mövsümün ilk İstanbul derbisi baş tutub.
Son çempion “Beşiktaş” gümüş mükafatçı “Qalatasaray”ı qəbul edib. “Vodafon Park”dakı qarşılaşmada hesabı “cim-bom” açıb. Aleksandru Çiçaldaunun 35-ci dəqiqədəki qoluna 4 dəqiqə sonra Kayl Larin cavab verib. Larinin 64-cü dəqiqədə dublu “Beşiktaş”a əzmkar qələbə qazandırıb – 2:1. Qonaqlarda isə Mustafa Məhəmməd 81-ci dəqiqədə penaltidən yararlana bilməyib.
Qələbə sayəsində aktivindəki xalların sayını 20-yə yüksəldən “Beşiktaş” turnir cədvəlində 3-cü pilləyə yüksəlib. “Qalatasaray” isə 17 xalla 8-ci yerdədir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button