İdman

“Beşiktaş” Musa Qurbanlı ilə maraqlanır

“Beşiktaş” “Qarabağ”ın futbolçusu Musa Qurbanlı ilə maraqlanır.

Qol.az xəbər verir ki, bu barədə Türkiyənin “Fotomac” nəşri məlumat yayıb.

İstanbul təmsilçisinin baş məşqçisi Önder Karavelinin klub rəhbərliyindən icazə alaraq, “Qarabağ” rəsmiləri ilə görüşdüyü bildirilib.

Önder Karaveli 2020-2021-ci illərdə “Qarabağ”ın akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olub.

Xəbərdə Musa Qurbanlının bu mövsüm Azərbaycan Premyer Liqasında 8 oyuna 6 qol və 4 məhsuldar ötürmə ilə yaxşı bir performans göstərdiyi qeyd edilib. Yeni komanda quran Karavelinin heyətdə Musanı da görmək istədiyi bildirilib.

Xatırladaq ki, 20 yaşlı hücumçu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button