Dünya

Berlində seçki bülletenləri çatışmır |

Bazar günü ( 26 sentyabr – Red) keçirilən parlament seçkiləri zamanı Almaniyanın paytaxtı Berlin şəhərindəki bir sıra seçki məntəqələrində bülleten çatışmazlığı yaranıb.
Bu barədə “Report” “Berliner Morgenpos”t qəzetinə istinadən xəbər verir.
Qeyd olunub ki, səsvermə ilə paralel olaraq keçirilən beynəlxalq marafon səbəbiylə bir çox küçələr bağlanıb və bülletenlərin məntəqələrə çatdırılması mümkünsüz olub.
“İndi bir az yüklənmişik və ümid edirik ki, 10-15 dəqiqədən sonra səsvermə davam edəcək” – deyə qəzet seçki məntəqələrindən birinin əməkdaşının sözlərindən sitat gətirib.
Bundestaq seçkilərində qalib gələn partiya hökumət qurmaq hüququna malik olacaq və kabinet uğurla qurulacağı təqdirdə partiya siyahısının lideri ona rəhbərlik edəcək.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button