Dünya

Belçikada koronavirusun yeni ştamı aşkarlanıb

Belçikanın Lyuven katolik universitetinin virusoloqları Mark Van Ranst və Pyet Maas ölkədə koronavirusun “omikron” ştamının BA.4 adlı ştamının yeni versiyasına ilk yoluxma halı barədə məlumat veriblər.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

“Viruslar mutasiyaları toplayır, həmişə belə edirlər. Yeni versiyalar hələ də peyda olacaq”, – Van Ranst deyib.

Ekspert izah edib ki, o, koronavirusun tamamilə yeni variantlarındansa “omikron”un alt versiyalarına üstünlük verir.

Mətbuat bildirib ki, BA.4 və BA.5 versiyaları Cənubi Afrika, Botsvana, Almaniya, Danimarka və Böyük Britaniyada mövcuddur. Belçikada BA.5 “omikron” versiyası hələ aşkar edilməyib.

Həmçinin qeyd edilir ki, bir sıra dövlətlərdə “omikron” ştamının versiyalarının yaranması xəstəxanaya yerləşdirilmələrin və ya ölüm hallarının əhəmiyyətli dərəcədə artmasına səbəb olmayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button