Dünya

Belarusda iki Rusiya hərbçisi həlak olub

Belarusda keçirilən təlimlərdə paraşütlə eniş zamanı iki rusiyalı hərbçi həlak olub.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, qəza noyabrın 12-də Belarusun Qrodno şəhəri yaxınlığında Hərbi Hava Qüvvələrinin bölməsinin enişi zamanı baş verib.

“Hadisə yerindən verilən məlumata görə, qəfil əsən güclü küləyə görə hər iki hərbçinin paraşütlərində nasazlıq yaranıb. Onlardan biri ehtiyat paraşütündən istifadə etməyə cəhd edib”, – məlumatda deyilir.

Hündürlük kifayət qədər olmadığından hərbçi ehtiyat paraşüt sistemini işə salmaqa vaxt tapmayıb və sərt eniş baş verib. “Hadisə nəticəsində hər iki hərbçi yaralanıb və dərhal yerli tibb müəssisəsinə aparılıb, onlara lazımi kömək göstərilib. Həkimlərin səyinə baxmayaraq, rusiyalı hərbçilər aldıqları xəsarətlərdən ölüblər”, – məlumatda bildirilir.

Hadisənin bütün şəraiti müəyyənləşdirilir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button