Dünya

“Belarus Ukraynaya qarşı müharibədə iştirak etməyəcək” – Lukaşenko

Belarus Ukraynadakı hərbi əməliyyatlarda iştirak etməyəcək.

“Report” xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “Associated Press” agentliyinə müsahibəsində deyib.

“Biz Ukraynada Rusiya Silahlı Qüvvələrində təmsil olunmaq fikrində deyilik. Çünki buna ehtiyac yoxdur”, – Lukaşenko bildirib.

Belarus lideri vurğulayıb ki, Rusiya bu vəziyyətdə onların təklif edə biləcəyi hər şeyə malikdir:

“Ona görə də bu əməliyyatda iştirak etməyə ehtiyac yoxdur”, – Lukaşenko əlavə edib.

Onun sözlərinə görə, Belarus üçün çox yaxın olan iki qonşu ölkənin müharibə şəraitində olması pisdir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button