İqtisadiyyat

Belarus Azərbaycanın nəqliyyat infrastrukturunun yenidən qurulmasında iştirak edə bilər

Belarus şirkətlərinin Azərbaycanın nəqliyyat infrastrukturunun yenidən qurulmasında və yaşayış məntəqələrinin layihələndirilməsində iştirakı gözlənilir.
“APA-Economics” “Belta”ya istinadən verdiyi məlumata görə, bu barədə Belarus Ticarət və Sənaye Palatası 20-22 oktyabr tarixlərində Bakıda keçiriləcək “BakuBuild” inşaat sərgisində Belarus şirkətlərinin iştirakının qiymətləndirərkən verdiyi proqnozlarda bildirilir.
Qeyd olunur ki, sərgidə Azərbaycanda tikinti sənayesinin inkişafı üçün lazım olan məhsul və xidmətləri nümayiş etdirəcək beş Belarus şirkəti iştirak edəcək. Onlar xüsusilə, kabel məhsulları, enerji qurğularının etibarlı və qənaətli işləməsini təmin edən texnologiyalar, ölçü cihazları, avtomatlaşdırma avadanlığı, vakuum açarları və digər avadanlıqlar təqdim edəcəklər.
Həmçinin, müxtəlif təyinatlı obyektlər üçün arka tipli konstruksiyaların inşası üçün özünəməxsus innovativ texnologiyasını təqdim olunacaq. Bildirilir ki, Belarusun ixtisaslaşmış müəssisəsi tərəfindən bu texnologiyadan istifadə etməklə Azərbaycanda 19 sənaye binası inşa edilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button