İdman

“Bazel”in baş məşqçisi: “Bizi “Qarabağ”la finala bərabər oyun gözləyir”

“Əks-hücumlara axmaqcasına çıxırdıq. Buna baxmayaraq, penalti qazandıq. Amma istifadə edə bilmədik. Bəzi epizodlarda oyunçularım məsuliyyəti öz üzərinə götürməliydi. Biz isə meydanda intihar etməyi seçdik”.

“Report”un məlumatına görə, bu fikirləri “Bazel”in baş məşqçisi Patrik Rahmen evdə “Lozanna” klubu ilə 1:1 hesablı heç-heçə etdikləri İsveçrə Super Liqasının XVI tur matçından sonra mətbuat konfransında deyib.

Komandasının çıxışından narazı qalan 52 yaşlı mütəxəssis bu görüşü unutmalı olduqlarını bildirib: “Çünki cümə axşamı günü UEFA Konfrans Liqasında vacib oyuna çıxacağıq. Bizi “Qarabağ”la finala bərabər matçı gözləyir”.

Qeyd edək ki, “Qarabağ” noyabrın 9-da keçiriləcək “Bazel” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Ağdam təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button