Dünya

Bayden: “Uşaqların peyvənd olunmasına hazırıq”

ABŞ 5-11 yaş arasındakı bütün uşaqların koronavirusa qarşı peyvəndlənməsinə hazırdır.
“Report” xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Ağ Evdə koronavirusun yayılmasına qarşı mübarizənin gedişi ilə bağlı keçirdiyi brifinqdə açıqlayıb.
“Valideynlər 5-11 yaş arası uşaqlar üçün peyvəndləri səbirsizliklə gözləyirlər. ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti peyvəndin bu yaş kateqoriyasına uyğun olub-olmaması ilə əlaqədar bir neçə həftə ərzində qərar verə bilər”, – Bayden deyib.
ABŞ Prezidenti vurğulayıb ki, uşaqların peyvənd olunması üçün yetərincə dərman alınıb.
Bundan əvvəl “Pfizer” və “BioNTech” 5 yaşdan 11 yaşa qədər olan uşaqlar arasında koronavirus peyvəndinin təcili istifadəsinin təsdiqlənməsi üçün Ərzaq və Dərman İdarəsinə müraciət edib.
Hazırda dərman 16 yaşdan yuxarı insanlar və 12-15 yaş arası yeniyetmələrdə təcili istifadə üçün təsdiqlənib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button