Dünya

Bayden: “Minimal verginin tətbiqi qlobal iqtisadiyyatı dəyişəcək”

Dünyada iri şirkətlər üçün minimum vergi tətbiqi təşəbbüsləri “Böyük İyirmilik” (G20) ölkələrinin liderləri tərəfindən dəstəklənir və qlobal iqtisadiyyatı dəyişəcək.
“Report” xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden tviterdəki səhifəsində yazıb.
ABŞ administrasiyasının rəhbəri qeyd edib ki, söhbət dünya iqtisadiyyatının dəyişdirilməsi və əhalinin maraqlarının diplomatik səylərlə qorunmasından gedir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı bildirib ki, üzv ölkələr 750 milyon avro gəliri olan firmalar üçün minimum 15% korporativ verginin tətbiqi ilə bağlı razılığa gəliblər. Dövlətlər 2023-cü ildə həyata keçiriləcək çoxtərəfli konvensiya imzalamaq niyyətindədirlər. Digər saziş iri beynəlxalq şirkətlərdən vergi gəlirlərinin yenidən bölüşdürülməsini nəzərdə tutur. Söhbət qərargahın yerləşdiyi ölkələrdən alınan vergilərin bir hissəsinin qazanc əldə olunan ölkələrə köçürülməsindən gedir.
G20 ölkələrinin maliyyə idarələrinin rəhbərləri beynəlxalq şirkətlərin vergitutma sahəsində islahatlar planını təsdiqləyiblər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button