Dünya

Bayden: “Klinton özünü yaxşı hiss edir”

ABŞ-ın keçmiş prezidenti Bill Klinton xəstəxanaya yerləşdirilsə də, vəziyyəti yaxşıdır.
“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden bildirib.
“Zəng etdim. Deyəsən, özünü yaxşı hiss edir”, – Bayden əlavə edib.
ABŞ-ın 42-ci Prezidenti (1993-2001) Bill Klinton oktyabrın 12-də Kaliforniya ştatında xəstəxanaya yerləşdirilib. CNN-in məlumatına görə, ABŞ administrasiyasının keçmiş rəhbərinə sidik yolu infeksiyası diaqnozu qoyulub.
75 yaşlı eks-prezident reanimasiya şöbəsinə yerləşdirilib, lakin bu, yalnız onun təhlükəsizliyi üçün edilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button