Dünya

Bayden G20 sammitini yüksək qiymətləndirib

ABŞ Prezidenti Cozef Bayden G20 sammitinin pandemiya, iqtisadiyyatın bərpası və iqlim böhranı ilə mübarizədə irəliləyiş əldə etdiyini bildirib.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə sammitdən sonra İtaliyanın paytaxtı Romada keçirilən mətbuat konfransında danışıb.
“Bu, böyük qlobal çağırışlarla əlamətdar olan, pandemiyanın kritik olduğu, iqtisadi bərpanın və iqlim böhranı ilə mübarizənin davam etdiyi çətin bir il oldu.
Hesab edirəm ki, biz bu məsələlərin hər biri üzrə niyyətimizə görə nəzərəçarpacaq irəliləyiş əldə etmişik”, – ABŞ rəhbəri deyib.
Bayden qeyd edib ki, sadaladıqları problemlərin həlli ABŞ-ın əsas hədəflərindəndir.
Ağ Ev başçısı eyni zamanda Rusiya və Çin rəhbərlərinin sammitə qatılmamasına görə təəssüfünü ifadə edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button