Siyasət

Bayden Azərbaycan və Ermənistanı danışıqlara çağırıb

“Qarabağ münaqişəsi səbəbindən təhlükəsizlik sahəsində 2020-ci ildə yaranmış mürəkkəb çağırışları anlayıram”.

“SAVAŞ” xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Nikol Paşinyana parlament seçkilərinin nəticələri və yeni hökumət qurması münasibətilə ünvanladığı məktubunda deyib.

“ABŞ ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında tərəflərə danışıqlarda kömək göstərməklə bağlı üzərinə götürdüyü öhdəliklərə sadiqdir”, – deyə Co Bayden qeyd edib.

O vurğulayıb ki, ABŞ Ermənistan və Azərbaycanı mümkün olan tez bir zamanda substantiv danışıqlara başlamağa çağırır. 

“Ümid edirik ki, bu istiqamətdə Gürcüstanın da dəstəyi ilə nail olduğumuz irəliləyiş gələcək regional əməkdaşlıq üçün əsas olacaq”, – deyə Bayden əlavə edib.



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button