Dünya

Bayden Ərdoğanla görüşəcəyinə ümid edir

ABŞ Prezidenti Cozef Bayden Böyük Britaniyada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyinə ümid edir.
“Report” xəbər verir ki, bunu ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivan deyib.
Onun sözlərinə görə, liderlərin noyabrın 1-2-də Qlazqoda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransı çərçivəsində görüşü gözlənilir.
Xatırladaq kİ, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 28-də jurnalistlərə verdiyi açıqlamada bildirib ki, ABŞ Prezidenti Baydenlə Qlazqoda gözlənilən görüşündə F-35 məsələsi gündəmdə olacaq.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button