İdman
“Bavariya”nın ölkə kubokundakı oyunu koronavirus səbəbindən təxirə düşüb

Almaniyanın “Bavariya” klubunun ölkə kubokundakı ilk görüşü təxirə salınıb.
Apasport.az saytının məlumatına görə, buna səbəb koronavirus pandemiyasıdır.
Almaniyanın ən titullu klubu ilk raundda 5-ci divizion təmsilçisi “Bremer”lə qarşılaşacaq. Görüş qeyri-müəyyən müddətə təxirə salınıb.
Qarşılaşma avqustun 6-da keçirilməli idi. Lakin Bremen təmsilçisinin karantin tədbirlərinə məruz qalması üzündən matç baş tutmayacaq.